GÜNDƏM

Türkiyənin TRT teleşirkəti Füzuli aeroportundan veriliş hazırlayıb

TRT komandası Füzuli hava limanından reportaj hazırlayıb. Reportajda aeroportda işlərin yekunlaşdığı bildirilib. Qeyd olunub ki, burada səkkiz ay fasiləsiz iş rejimi ilə iş gedib.
Xatırladaq ki, sabah Azərbaycan prezdenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə beynəlxalq hava limanının təntənəli açılışı olacaq. Türkiyə lideri birbaşa Füzuliyə gələcək.

T.Rüstəmov