İQTİSADİYYAT

Vergi və gömrük planı artıqlaması ilə yerinə yetirilib

Cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1 milyard 66,7 milyon manat və ya 20,2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681,6 milyon manat və ya 12 faiz çoxdur.
Maliyyə Nazirliyinin məlumatında daha sonra deyilir ki, həmin vəsaitin 73,9 faizi və yaxud 4 milyard 692,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442,8 milyon manat və ya 10,4 faiz çox olmuşdur.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 193,2 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 352,2 milyon manat və ya 12,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 238 milyon manat və ya 8,1 faiz çoxdur. Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi birlikdə proqnozdan əlavə dövlət büdcəsinə 1 milyard 418,9 milyon manat cəlb edib.