DÜNYA

Türkiyədə əhalinin 90 faizə qədəri bir doza vaksin qəbul edib

 

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 232 nəfər həyatını itirib. Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 351 min 152 nəfərdən test götürülüb, onların 27 min 663-nün testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 30 min 824 nəfəri sağalıb. Artıq Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88,95 faizinə bir doza,  77,68 faizinə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

T.Rüstəmov