İQTİSADİYYAT

Əhalinin nominal gəlirləri açıqlanıb

İlkin məlumatlara görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 42 milyard 251,7 milyon manat və ya hər nəfərə orta hesabla 4219,3 manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 37 milyard 906 milyon manatlıq vəsait qalıb.