İQTİSADİYYAT

Azərbaycan 180 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 111 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib.