İQTİSADİYYAT

Çində Azərbaycanın daha bir ticarət evi açılacaq

“Made in Azərbaijan” brendi ilə istehsal edilən məhsullarımız Çinin Tiencin şəhərində keçirilən “2021 Haihe İnternational Consumption Summit & Carnival” beynəlxalq istehlak sərgi-yarmarkasında nümayiş etdirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumaya görə, Çinin iri elektron ticarət platformalarından olan “JD.com”un təşkilatçılığı ilə keçirilən tədbirdə qida və kənd təsərrüfatı məhsullarımız vahid ölkə stendində təqdim olunub. Sərgi-yarmarka iştirakçıları Azərbaycan məhsullarına böyük maraq göstərib. Qeyd edək ki, “JD.com”-un təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkada yalnız bu platformada onlayn ticarət evi olan ölkələr iştirak edir. “JD.com”-da onlayn Azərbaycan Ticarət Evi yaxın zamanlarda fəaliyyətə başlayacağı üçün yarmarkada vahid ölkə stendi qurulub. Xatırladaq ki, hazırda Çinin Sindao Azərbaycanın şəhərində ticarət evi fəaliyyət göstərir.