SƏHİYYƏ

“COVİD 19” “B/Yamaqata” qripinin axırına çıxıb…

Avstraliyalı tibb tədqiqatçıları bildiriblər ki, “COVID 19” pandemiyasının başlanmasından bəri “B/Yamaqata” qripinə yoluxma halı qeydə alınmayıb. O vaxta qədər bu qrip əleyhinə olan vaksinlər mütəmadi olaraq məcburi peyvəndlər siyahısına daxil idi. Bu haqda “Medical Xpress” məlumat yayıb. Bununla belə, mütəxəssislərin fikrincə, “B / Yamagata” ştammı qalanlarla müqayisədə həmişə ən az yoluxucu olub və son dərəcə yavaş mutasiyaya uğrayıb. Tədqiqatçılar hesab edirlər ki, bu amillər koronavirus pandemiyasının əvvəllər yayılmış bir çox xəstəliklərin yerini alması ilə birlikdə “B / Yamaqata” ştammının qlobal dövriyyəsinin qarşısının alınmasına kömək edib. Eyni zamanda ABŞ alimləri deyirlər ki, əgər qripin müəyyən bir ştammı, həqiqətən, tamamilə yox olubsa, bu, mütəxəssislərə gələcək epidemiyalara qarşı mübarizədə yeni imkanlar və vasitələr verə bilər.

T.Rüstəmov