İQTİSADİYYAT

Dəniz limanlarında 6,5 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

 

Bu ilin yanvar-sentyabr aylarında dəniz limanlarında 6 milyon 596,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 6 milyon 290,4 min tonunu və ya 95,4 faizini tranzit yüklər təşkil edib. Oktyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 174,5 min ton olub. Doqquz ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 26,9 faiz azalaraq 12,5 min nəfər təşkil edib.