GÜNDƏM

Ermənilər Şuşa ətrafına ağır texnikanı niyə yığıb?

 

2020-ci il 10 noyabr üçtərəfli birgə bəyanatından – təslim aktından – sonra Qarabağdan çıxmalı olan erməni terror qrupları nəinki bunu etmir, həm də onlar məskunlaşdığı Azərbaycan torpaqlarına yeni ağır texnika və silahlar yığır. Bu barədə hərbi ekspert Ədalət Verdiyev öz narahatlığını sosial media ilə paylaşıb. Ekspertin təqdim etdiyi peyk görüntülərindən aydın olur ki, düşmən Xocalı rayonunun Daşkənd kəndinə tank, top və 100-ə yaxın ağır texnika toplayıb. Qeyd olunub ki, sözügedən kənd Şuşa şəhəri yaxınlığındadır.

T.Rüstəmov