CƏMİYYƏT

Gələn il üçün işğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat ayrılacaq

Azərbaycanda gələn ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin məbləği məlum olub. Bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
2022-ci il üçün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

T.Rüstəmov