MARAQLI

Mark Zukerberq və həyat yoldaşı məhkəməyə verilib

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberqə və həyat yoldaşı Prissilla Çana məxsus kompaniyalardan birinin sabiq əməkdaşları keçmiş sahiblərini məhkəməyə veriblər.

AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, məhkəmə şikayətində zərər çəkən şəxslərin salışdığı strukturun daxilində onlara qarşı təqiblərdən bəhs olunur.

Sukerberq ailəsinin kompaniyasında çalışan iki nəfər digər işçiləri seksual zorakılıqda və diskriminasiyada ittiham edir. Məhkəmə sənədlərinə əsasən, cinsi azlıqların nümayəndələri olan iddiaçılar həm oriyentasiyalarına, həm də dərilərinin rənginə görə təzyiqlərə məruz qalıblar.

Mark Zukerberqə məxsus kompaniyaların ən böyüyü olan “Facebook” məhkəmə prosesində iştirak etmir. Materialda Mark Zukerberqin və həyat yoldaşının tabeçiliyində olanları şəxsən təqib etməsindən bəhs olunmur, lakin onlar iddia üzrə cavabdehdirlər. Prissilla Çanın nümayəndəsi isə öz növbəsində ittihamların sübuta yetirilə bilməyəcəyini deyib.

Telekompaniyanın məlumatına görə, hələlik bu işlə bağlı məhkəmə iclası təyin edilməyib.