SƏHİYYƏ

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2300 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2300 yoluxma faktı qeydə alınıb, 1248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 522 min 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 min 674 nəfər müalicə olunaraq sağalıb, 6 min 966 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 728 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 175, bu günə qədər isə ümumilikdə 5 milyon 144 min 208 test icra olunub.