CƏMİYYƏT

Dünyanın ən güclü ordusu olan ölkələr

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider ölkədir. Bu barədə “Global Firepower” beynəlxalq nəşrinin 2021-ci il hərbi güc reytinqində bildirilir. Azərbaycan ötən ilki mövqeyini saxlayıb: 140 ölkə arasında 63-cü pillədədir. Gürcüstan 92-ci, Ermənistan isə 100-cü pillədə qərarlaşıb. Reytinqin ilk beşliyinə ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya daxildir. Türkiyə reytinqdə 11-ci pillədə qərarlaşıb.

T.Rüstəmov