İQTİSADİYYAT

Gələn il Azərbaycanda büdcədən aqrar sektora 997 milyon manat xərclənəcək

Gələn il Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Sənədə əsasən, bu, ilkin proqnozla müqayisədə 1,1 faiz çoxdur. Gələn il aqrar sektora çəkiləcək xərclərin 477 milyon manatı kənd təsərüffatı tədbirlərinə, 47 milyon manatı baytarlığa, 460 milyon manatı meliorasiyaya, 13 milyon manatı isə kənd təsərrüfatı müəssisələrinə yönəldiləcək.