GÜNDƏM

Kəlbəcərlə sərhəddə insident: 4 erməni hərbçi yaralanıb

Ermənistan ordusunda Kəlbəcərlə sərhəddə bədbəxt hadisə baş verib. Ermənistan KİV-i xəbər verir ki, Kəlbəcər rayonu ilə sərhəddə yerləşən Basarkeçər (Vardenis) rayonunun Şişqaya (Qeqamasar) kəndində döyüş postunda qumbara partlayıb. İnsident nəticəsində 4 hərbçinin yaralandığı bildirilir. Hadisənin baş vermə səbəbləri açıqlanmır. İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıqdan baş verib.

T.Rüstəmov