CƏMİYYƏT

Koronavirus dünyada 5 milyon insanın həyatına son qoydu…

Dünyada COVID-19 virusundan ölənlərin sayı 5 milyon 2 min 643 nəfərə çatıb. Xarici KİV xəbər verir ki, virusa indiyədək 245 milyondan çox insanın yoluxduğu təsdiqlənib. Təxminən, hər 50 yoluxandan biri həyatını itirib. Koronavirusdan ən çox ölənlər ABŞ-da (740 min), Braziliyada (606 min), Hindistanda (456 min) qeydə alınıb. Xatırladaq ki, koronavirusdan ilk ölüm hadisəsi 2020-ci il yanvarın 11-də açıqlanıb.

T.Rüstəmov