İQTİSADİYYAT

Metallurgiya sahəsində 736,9 milyon manatlıq məhsul istehsal edilib

Cari ilin yanvar-sentyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 736,9 milyon manatlıq məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövrdə hazır metal məmulatlarının istehsalı sahəsində 16,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 15,6 faiz artım müşahidə edilib. Həmçinin, metallurgiya sahəsi üzrə 17 min 587,5 ton qara metallardan digər konstruksiyalar istehsal olunub.