SİYASƏT

Prezident İlham Əliyevin 28 oktyabr 2020-ci il “İnterfaks” agentliyinә müsahibәsindәn

 

Prezident İlham Əliyevin 28 oktyabr 2020-ci il “İnterfaks” agentliyinә müsahibәsindәn

Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinә müsahibәsindә bildirib ki, Küveytin beynәlxalq alәmdә tanınmış әrazisi İraq tәrәfindәn işğal edilәndә, hәrbi cinayәtlәr törәdilәndә, etnik tәmizlәmә aparılanda qәsbkara  qarşı  sanksiyalar  tәtbiq  edildi:  “Ermәnistana münasibәtdә dә bu cür sanksiyalar tәtbiq edilmәli idi. Mәn әminәm ki, hәtta bu sanksiyalardan biri tәtbiq olunsa idi, münaqişә çoxdan hәll edilәrdi. Sadәcә, bu sanksiyaları tәtbiq etmәk üçün siyasi iradә vә istәk yox idi. Çox ehtimal ki, belә bir mövqeyә üstünlük verilirdi: “Tәki vәziyyәt daha da kәskinlәşmәsin, gәlin hәr şeyi olduğu kimi saxlayaq”. Jurnalistin “Ermәni tәrәfi tez-tez Azәrbaycanın müxtәlif enerji infrastrukturunu – Mingәçeviri, qaz kәmәrlәrini, neft kәmәrlәrini – atәşә tuturdu. Ümumiyyәtlә, Siz necә hesab edirsiniz, bu, Azәrbaycan neftinin vә qazının dünya bazarına çatdırılması üçün müәyyәn risklәr yarada bilәrmi?” – sualına cavabında isә Azәrbaycan rәhbәri bu gün Azәrbaycanın neft-qaz, elәcә dә digәr infrastrukturunun etibarlı şәkildә qorunduğunu, indiyәdәk bu obyektlәrә yönlәndirilәn raketlәrin çoxunun elә havada mәhv edildiyini diqqәtә çatdırıb. Prezident İlham Əliyev indiki müharibәni hәrbi-siyasi nizamlanma baxımından dәyәrlәndirәrkәn bildirib ki, işğal edilәn әrazilәrimizin xeyli hissәsi ötәn bir ay әrzindә azad olunub. Silahlı qüvvәlәrimiz ermәni tәrәfinin tәqribәn 30 il әrzindә işğal olunan torpaqlarda yaratdığı bir neçә müdafiә xәttini, mühәndis qurğularını şücaәtlә dağıdıb, әrazilәrimizin xeyli hissәsini yağı tapdağından xilas edib. Bu isә Azәrbaycan ordusunun dünyada әn yaxşı döyüş qabiliyyәtinә malik ordulardan biri hesab edilmәsinin әbәs deyilmәdiyini tәsdiqlәyib.

Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi ” İctimai Birliyinin sədri,

“Həsənbəy Zərdabi”, “Qızıl qələm” media mükafatları laureatı 

Mədət Məmmədovun “DÖVLƏT VƏ DÖRDÜNCÜ HAKİMİYYƏT” kitabından.