SİYASƏT

Rusiya “Bayraktar”-ın Ukraynada görünməsindən narahatdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ordusunun Donbas regionunda separatçılara qarşı “Bayraktar” dronlarını tətbiq etməsinə münasibət bildirib. Rusiya KİV-i xəbər verib ki, mətbuat katibi Türkiyənin Ukraynaya “Bayraktar” satmasından təəssüfləndiklərini əlavə edib: “Bizim Türkiyə ilə, doğrudan da, yaxşı münasibətlərimiz var, amma son hadisə ilə bu tip silahların Ukrayna hərbçilərinə verilməsinin təmas xəttində vəziyyətin potensial gərginləşməsinə xidmət edəcəyini görürük.” Xatırladaq ki, oktyabrın 26-da Ukraynanın “Bayraktar” dronlarını separatçılara qarşı tətbiq etməsinə dair ilk video yayılmışdı.