İQTİSADİYYAT

Son 10 ildə iqtisadiyyata yatırılan xarici investisiyaların həcmi 57 milyard dollar olub

Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması nəticəsində xarici sərmayənin ölkəmizə cəlbi sürətlənib. Bakıda keçirilən investisiya və mədəniyyət sammitində bu barədə ətraflı bəhs edilib. Bildirilib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 57 milyard dollar olub.