SİYASƏT

Türkiyəli politoloq: Zəngəzur dəhlizi ermənilərə həm də Qərbə çıxış imkanı yaradır

“Zəngəzur dəhlizi, əslində, Qafqazı ifadə edən geosiyasi əhəmiyyəti çox böyük olan bir layihədir. Bu dəhliz Türkiyə üçün də çox əhəmiyyətlidir, bununla Mərkəzi Asiyaya qədər maneəsiz yol əldə edəcək. Həmçinin başqa qonşu ölkələr arasında əlaqələr inkşaf edəcək.” Təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu mediaya bu açıqlamasının davamında Türkiyə və Ermənistan arasındakı əlaqələrə də toxunaraq deyib ki, Zəngəzur dəhlizinin açılması ilə iki ölkə arasında münasibətlər normallaşa bilər:
“Bu dəhliz açıldıqdan sonra Ermənistanın Türkiyə ilə münasibətləri normala dönəcək. Bu, Ermənistan üçün böyük bir şansdır, çünki bura Ermənistanın Qərbə açılan qapısı olacaq. Artıq normal şərtlər altında İrana bel bağlamamış olacaq. Ermənistanda yoxsulluq, işsizlik bu yolla öz həllini tapacaq. Əslində bizim qədər erməni xalqı da dəhlizin açılmasını istəyir. Mətbuatdan aldığımız məlumata görə, bu mövzudan olduqca məmnundurlar. Ona görə də bu, Ermənistanın çıxış nöqtəsidir”
“Təbii ki, bu əlaqələrdən narahat olan ölkələr də var. Bunlardan biri də İrandır. Əslində, bu münasibətlərin qurulmaması üçün müxtəlif işlər görür. Bu dəhliz və əlaqələr, eyni zamanda, Qafqazı Qərbə açan bir yol olacaq”- deyə qeyd edib.

T.Rüstəmov