CƏMİYYƏT

“Zəfər” yarmarkasında “YAŞAT”-a vəsait toplanacaq

Oktyabrın 29-dan etibarən Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası keçiriləcək.
“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirilən yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.  “Zəfər” Yarmarkasında iştirak etmək istəyən şirkətlər 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

T.Rüstəmov