SİYASƏT

Azərbaycan, Rusiya və Ermənistan liderləri harada görüşəcəklər?

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşəcəyi yerlə bağlı yeni versiya səslənib. Rusiyanın “Oktaqon” media resursu xəbər verib ki, İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin noyabrın 9-da Soçidə görüşə bilər. “Görüşdə Qarabağdakı mövcud situasiya müzakirə ediləcək.” Xatırladaq ki, bundan bir neçə gün öncə, Ermənistan mediası üçtərəfli görüşün noyabrın 9-da Moskvada keçiriləcəyini və görüşdə 2 sənədin imzalanacağını bildirirdi.

T.Rüstəmov