İQTİSADİYYAT

Azərbaycana gətirilən məhsulların 16,7 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Yanvar-avqust aylarında Azərbaycana idxal olunan məhsulların 16,7 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, idxalın 67,1 faizini avtomobil, 11,1 faizini hava, 4,8 faizini dəniz nəqliyyatı, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.