İQTİSADİYYAT

Bu ilin 9 ayında respublika üzrə 540 kilometr uzunluğunda avtomobil yolu tikilib və təmir olunub

Cari ilin 9 ayı ərzində respublika üzrə 540 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu dövrdə respublika əhəmiyyətli 103,5 kilometr, yerli əhəmiyyətli 312,5 kilometr və uzunluğu 124 kilometr olan Bakı şəhər yolları tikilib və ya təmir olunub. Bundan başqa, respublikanın avtomobil yollarında “Zəfər yolu” üzərində 4 və İsmayıllı rayonunda 4 olmaqla 8 yeni körpü inşa edilib.