GÜNDƏM

“Can Türkiyə, bayramın mübarək!” – Azərbaycan XİN-dən təbrik

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibəti ilə paylaşım edib.
İqtidar.AZ  Konkret.az saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib:
“Respublika Günü münasibəti ilə qardaş Türkiyə hökümətini və Türkiyə xalqını ən xoş arzularımızla təbrik edirik.Cümhuriyyət bayramın mübarək, can Türkiyə!”

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da Türkiyəni ölkənin milli bayramı – Respublika Günü münasibətilə təbrik edib.
“Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik”, – deyə paylaşımda qeyd olunub.