GÜNDƏM

Dövlət hansı tələbələrin xərclərini ödəyəcək?

Ali təhsil xərcləri dövlət tərəfindən ödəniləcək şəxslərin kateqoriyaları müəyyənləşib. Bu barədə “Ali təhsil haqqında” qanun layihəsində nəzərdə tutulub. Qanuna əsasən, aşağıdakı kateqoriyaya daxil olan şəxslərin bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
– şəhid ailəsinin üzvləri;
– I, II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.
– hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) I dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
– müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları;
– məcburi köçkün statusu olan şəxslər

T.Rüstəmov