CƏMİYYƏT

Hava yenidən kəskin dəyişəcək

Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. ETSN-dən  bildirilib ki, paytaxtda havanın temperaturu gecə 10-12°, gündüz 13-15° isti olacaq. Bakıda gecə 10-12°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

T.Rüstəmov