SƏHİYYƏ

TƏBİB: “Hansı dərmanların qəbulu ölümə səbəb ola bilər?”

“Xəstələrin həkim tövsiyəsi olmadan dərman vasitəsi istifadə etməsi təhlükəlidir.” Bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.
E. Quliyev deyib ki, COVİD pandemiyası dövründə xəstələr stasionar şəraitdə də dərman qəbul edirlər: “Bu halda həkim nəzarəti olur və ciddi əlavə təsirlər müşahidə edilmir, ancaq bəzən insanlar özləri antiviral, infeksion və digər dərman vasitələri qəbul edirlər. İnfeksion dərman vasitələrinin qəbulu hətta ölümə səbəb ola bilər. İnsanlar özbaşına dərman vasitələrini qəbul etməkdən çəkinməlidirlər.”

T.Rüstəmov