NİZAMİ İLİ

“Nizami poeziyasında səs və rəng” adlı mühazirə keçirilmişdir

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Azərbaycan farsdilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il “Nizami ili” çərçivəsində növbəti onlayn mühazirə keçirmişdir. Tədbirlər planında nəzərdə tutulduğu kimi, Nizami mühazirələri”-nin beşinci toplantısı il ərzində Aran regional filialı ilə  Rayon təhsil şöbəsinin birlikdə Qüvvət elmdədir! Başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz…” devizi ilə 29 oktyabr tarixində onlayn formatda baş tutmuşdur.

Onlayn tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru  Yaqut Bahadurqızı açaraq  dahi şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığının XII əsr Azərbaycanında ən böyük mədəni hadisə olmasından bəhs edərək, əsrlər keçsə də Nizami irsinə maraq və məhəbbətin azalmadığını,  müdriklik zirvəsində duran dahi şairin poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyini qeyd etmişdir. O, bu məqsədlə keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Sonra Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, “Qızıl kəlmə” mükafatı laureatı, tənqidçi, şair, esseist Əsəd Cahangir “Nizami poeziyasında səs və rəng” mövzusunda məruzə edərək şairin bütün yaradıcılığını bu rakursdan izləməyə çalışmış, maraqlı, original, ədəbi və fəlsəfi qənaətlər irəli sürmüşdür.

Mühazirəyə Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri,  Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulmuşlar. Əsəd Cahangir böyük məmnunluqla dinləyicilərin suallarını cavablandırmışdır. Sonda Yaqut Bahadurqızı mühazirəçiyə təşəkkürünü bildirmişdir.