İQTİSADİYYAT

Cari ildə “Azərkosmos” tərəfindən ən çox ABŞ-a xidmət ixrac edilib

Cari ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən ən çox xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilən ölkələr sırasında ABŞ birincidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayında  bildirilir ki,  “Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin ilk beşliyində 9,6 milyon ABŞ dolları ilə ABŞ, 7,2 milyon ABŞ dolları ilə Fransa, 6,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1,3 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.