MARAQLI

İqlim dəyişikliyi ilə bağlı “dinozavr” xəbərdarlığı

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Agentliyi iqlim dəyişikliyinə diqqət çəkmək üçün Baş Assambleyada çıxış edən animasiyalı dinozavrın videosunu yayıb.

Xarici KİV məlumat verir ki, qlobal istiləşmə ilə əlaqədar gündən-günə yüksələn dünyanın orta temperaturu bir çox təhlükələr yaradır.

Video iqlim dəyişikliyinə diqqət çəkmək üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Agentliyində (UNDP) başladılan kampaniya çərçivəsində yayımlanıb. Diqqət çəkən videoda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edən animasiyalı dinozavr dünya liderlərinə “bəşəriyyət nəsli kəsilmək yolunda iqlim dəyişikliyinə ağır təsirləri olan qalıq yanacaqlara milyardlarla vəsait xərcləyir” sözlərini deyib.

Videoda dinozavrların meteoritlər tərəfindən məhv edildiyini dilə gətirən BMT-nin Nyu-Yorkdakı baş qərargahındakı məşhur Baş Assambleya salonuna daxil olan dinozavr, fosil yanacaqlara milyardlarla dollar xərcləyərək bəşəriyyətin öz yoxluğunu hazırladığını vurğulayır.

T.Rüstəmov