DÜNYA

Türkiyə diplomatını öldürən erməni terrorçu necə azadlığa buraxılıb?

Türkiyə səfirini öldürüb ömürlük cəza alan ASALA üzvü Ambik Sasunyan ömürlük cəzadan azad edilib. Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürmüşdü. Buna görə 1984-cü ildə o, ömürlük həbs cəzasına məhkum edilmişdi.

Erməni mediası xəbər verir ki, “Daşnaksütyun” partiyası Sasunyanın mesajını dərc edib və o, artıq Ermənistana gəldiyini bildirib: “Qırx ildən sonra mənə doğma torpağa səfər etmək, doğma suyundan içmək, doğma havanı udmaq, ailənin hərarətini hiss etmək şərəfi nəsib olub”.

Bir neçə il idi ki, Amerika məhkəməsi Sasunyanın azadlığa buraxılması ilə bağlı qərar verə bilmirdi. Lakin 12 mart 2021-ci ildə Kaliforniya qubernatoru Gavin Newsom Los Anceles məhkəməsinin Sasunyanın şərti azadlığa buraxılması ilə bağlı qərarına etiraz etməyəcəyinə qərar verib.

T.Rüstəmov