SİYASƏT

Ərdoğanın Cənubi Qafqazda “Altılıq platforması” açıqlaması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada jurnalistlərin suallarını cavablandırarkən Cənubi Qafqazda “Altılıq platforması”-na da toxunub:
“Türkiyə Ermənistanla münasibətlərə baxışını çox aydın və açıq şəkildə təqdim etmək istəyir. Belə olduğu halda Cənubi Qafqazda təhlükəsizlik hökm sürəcək, amma Gürcüstan Cənubi Qafqazda “Altılıq platforması” yaratmaq ideyasına neqativ münasibət bəsləyir. Bu layihə həyata keçirilərsə, region sülh platformasına çevrilə bilər.”

Ərdoğan daha sonra deyib: “İlham Əliyev Ermənistana regionda sülhün bərqərar olması ilə bağlı təklif verib. Gürcüstan tərəfdən bəzi neqativ münasibətlər var, amma bütün tərəflər pozitivlik nümayiş etdirsə, bu platforma yaranacaq və region sülh platformasına çevriləcək.”

T.Rüstəmov