CƏMİYYƏT

Azərbaycanda uşaqlara ən çox hansı ad qoyulur?

Bu ilin on ayı ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub. Belə ki, ötən müddət ərzində oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1299 uşağa qoyulub. Beləliklə, yanvar-oktyabr aylarında Əli adı uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb. Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanların 1243-nə Yusif, 1239-na Hüseyn, 1189-na Uğur, 886-na Məhəmməd, 790-na Ömər, 692-nə Murad, 591-nə Raul, 553-nə Tunar və 552-nə isə Ayxan adı verilib. Qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 1312 uşağa verilib. Doğumu qeydə alınmış körpələrdən qız cinsi olanların 1041-nə Zeynəb, 985-nə Məryəm, 951-nə Aylin, 931-nə Fatimə, 887-nə Mələk, 777-nə Nilay, 767-nə Nuray, 666-na İnci və 598-nə isə Mədinə adı qoyulub. Beləliklə, bu ilin yanvar-oktyabr aylarında uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub.

T.Rüstəmov