İQTİSADİYYAT

Azərbaycanla Rusiya arasında turizm əlaqələri genişləndirilir

Rusiyanın ərazi vahidləri səviyyəsində Azərbaycan turizminin təbliğatı əsasən Sverdlovsk vilayəti ilə işgüzar və müalicəvi turizm sahəsi, Krasnodar vilayəti ilə “İter Vitis” şərab marşrutu üzrə şərab və qastronomik turlar, Tatarıstan Respublikası ilə tarixi və mədəni irs, Astraxan vilayəti ilə Xəzər dənizində kruiz marşrutlarının yaradılması istiqamətində keçirilməsi planlaşdırılır. Məlumat üçün bildirək ki, 2021-ci ilin sentyabrında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 18 min 967 nəfər təşkil edib ki, bu da 2020-ci ilin sentyabrı ilə müqayisədə 165 faiz artım deməkdir.