İQTİSADİYYAT

Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək

İşğaldan azad olunan ərazilərin içməli su təminatı üçün Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək. Bunu Ekologiya və Təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov KİV-ə məlumatında bildirib. O deyib ki, bununla bağlı layihələr var:

“Bu su anbarları Ağdam, Füzuli, Cəbrayıl şəhərlərini və ətraf əraziləri içməli su ilə təmin edəcək. Həmçinin, orada çox böyük ərazilərimiz var ki, işğal dövründə həmin torpaqların su təchizatında çətinliklər müşahidə olunurdu. Bura Bərdə və Tərtər rayonlarının da əraziləri daxildir. Bu anbarların tikilməsi və digər anbarların bərpa edilməsi həmin ərazilərin su ilə təmin edilməsinə şərait yaradacaq.”