GÜNDƏM

Ermənistan Zəngəzurda sərhədi qorumağa çətinlik çəkir

Ermənistan Zəngəzurda sərhəd xəttini hərbçilərlə tam təmin etməkdə çətinlik çəkir. Parlamentdə keçirilən dinləmələrə qatılan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor Aram Akopyan bu barədə etiraf edib:
“Yaranmış yeni situasiyaya görə, Syunik vilayətində (Zəngəzur) dövlət sərhədinin mühafizəsinə hərbi çağırışçılar cəlb olunub. Buna qədər onlar bu istiqamətdə xidmət keçmirdilər.”

General-mayor Zəngəzur istiqamətində xidmət üçün şəraitin olmamasını, yeni sərhəd zastavalarının sıfırdan yaradıldığını xatırladıb: “Buna görə də əsgərlər hələlik otaq tipli vaqonlarda qalırlar. Yeni zastavaların inşası davam edir.”
Akopyan Zəngəzurda sərhədlərin mühafizəsinə it və atların da cəlb olunduğunu qeyd edib.

T.Rüstəmov