GÜNDƏM

I Qarabağ müharibəsinin 150-dən çox itkininin taleyi məlum olub

“Bu vaxta qədər Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 150-dən çox şəxsin kimliyi müəyyən edilib.”- bunu Baş prokuror Kamran Əliyev deyib. Baş prokurorun sözlərinə görə, bir qism məzarın tapılmasında Ermənistan tərəfinin iştirakı olub, lakin əsas yük aidiyyəti qurumlarımızın üzərindədir: “Bu istiqamətdə müxtəlif ölkələrin qurumları ilə əməkdaşlıq edirik. Rusiya Prokurorluğu da bu istiqamətdə Ermənistan tərəfi ilə danışıq aparır. Hesab edirəm ki, fəaliyyətimizi davam etdirməliyik.”

T.Rüstəmov