GÜNDƏM

İdman-mərc oyunları rüsuma cəlb edilir

Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu müəyyən edilir. Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna bununla bağlı dəyişiklik təklif olunur. Bu dəyişikliyə əsasən, Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu 2 min manat müəyyən edilir.
İndiyə qədər bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi və dövlət rüsumu tutulmurdu.

T.Rüstəmov