GÜNDƏM

Müdafiə Nazirliyindəki müşavirədə sərhəd və təhlükəsizlik məsələsinə diqqət yetirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirədə dövlət sərhəddi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərindəki hazırkı vəziyyət təhlil edilib. Nazir Azərbaycan ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması, onlara təhlükəsizlik qaydalarının çatdırılması və bu qaydalara əməl olunmasına ciddi nəzarət edilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

T.Rüstəmov