SİYASƏT

Putin Baydenə hansı mesajı göndərib?

G20 sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşüb. Konfransa onlayn qatılan Vladimir Putini əvəz edən Lavrov Baydenlə görüşünün qısa məzmununa toxunub:
“Putin Baydeni Mərkəzi Asiyada hərbi bazalar yaratmaq fikindən daşınmağa çağırıb.” Lavrov Ukrayna məsələsinin də müzakirələrdə əsas mövzulardan biri olduğunu əlavə edib. Xatırladaq ki, ABŞ Əfqanıstandan çıxdıqdan sonra Özbəkistan və Qırğızıstanda hərbi baza yaratmaq barədə planlarını açıqlamışdı.

T.Rüstəmov