SƏHİYYƏ

Türkiyə alimləri: “Koronavirusla bağlı cavabsız suallarımız var”

“Pfizer-BioNTech” peyvəndinin yaradıcıları olan türk alimlər Uğur Şahin və Özlem Şahin Almaniya mətbuatına müsahibə veriblər.
Onlar koronavirusun hələ bir neçə il də davam edəcəyini açıqlayıblar:
“Hər gün virus haqqında yeni nələrsə öyrənirik. Bundan əlavə, virusun müxtəlif  peyvəndlərə necə reaksiya verdiyi haqqında məlumatlar toplayırıq. Epidemiyanın nə vaxt bitəcəyini proqnozlaşdırmaq üçün bu məlumatlara ehtiyacımız var. İndi deyə bilərəm ki, tədricən normallaşmağa başlayırıq. Bir çoxumuz peyvənd olunduq, azadlıqlar qazandıq. Virusla bağlı cavabsız suallarımız var. Gələcəkdə mövcud peyvəndlərə qarşı immunitetli variantlara və bu vaksinlərin dəyişdirilməsinə ehtiyac olub-olmamasına nəzarət edəcəyik. Vaxt keçdikcə koronavirus ildə bir və ya iki ildə bir peyvənd edilən qrip virusu kimi olacaq. Koronavirus idarə edilə bilən virus halına gələcək.” – deyə onlar bildirib.
Uğur Şahin yeni peyvəndlərin kiçik qruplar arasında sınaqdan keçirildiyini qeyd edib:
“Cənubi Afrika variantı üzərində işlər qismən bitib. Delta variantı üzərində də işlər davam edir. Hazırda peyvəndin dəyişdirilməsinə ehtiyac yoxdur, lakin göstərmək istəyirik ki, yeni variantlar üçün peyvəndlər hazırlaya və onları kliniki sınaqdan keçirə bilərik. Onlar hazırda istifadə etdiyimiz vaksinlər qədər təhlükəsizdir.”

T.Rüstəmov