İQTİSADİYYAT

Azərbaycanda sənaye istehsalı 5 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20 faiz artıb. Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 22 faiz artıb.