İDMAN

Azərbaycanın U-21 komandası bu gün Avstriya yığmasını qəbul edəcək

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Avstriya yığması ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Saat 20:00-da start götürəcək qarşılaşmanı Serbiyadan olan hakim idarə edəcək. Görüşün baş hakimi Miloş Milanoviç olacaq. Ona Yovan Grujic və Matiya Olayos Nadj kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marko Sreçkoviç yerinə yetirəcək.

Millimizin yer aldığı A qrupunda Xorvatiya millisi 15 xalla birinci pillədə qərarlaşıb. Hesabında 9 xal olan Norveç və Avstriya yığmaları ilk üçlüyü tamamlayırlar. Finlandiya 7 xalla dördüncü, Azərbaycan 1 xalla beşincidir. Xalı olmayan Estoniya komandası isə qrupda sonuncudur.