SİYASƏT

“Bayraktar” Putin – Merkel görüşündə mövzuya çevrilib…

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə görüşüb. Rusiya KİV-nə istinadən xəbər verilir ki, tərəflər Ukraynanın şərqində davam edən hərbi münaqişəni müzakirə ediblər. Putin Ukraynanın separatçılara qarşı “Bayraktar” pilotsuz uçuş aparatından istifadə etməsindən narahatlığını bildirib: “Putin Ukraynanın destruktiv siyasət yeritdiyini, Donbasdakı situasiyanı hərbi yolla həll etməyə çalışdığını, o cümlədən, pilotsuz uçuş aparatlarını tətbiq etdiyini vurğulayıb.” Paralel olaraq, Putin Avropa Birliyi ilə Belarus arasında miqrant böhranına son verilməsinin vacibliyini, ABŞ və müttəfiqlərinin Qara dənizdə keçirdiyi hərbi təlimlərdən narahatlığını dilə gətirib.

 T.Rüstəmov