CƏMİYYƏT

Britaniyalı deputat Bob Bləkmən: Azərbaycan xristian məbədlərə hörmətlə yanaşır

“Şuşada kilsələrin qorunduğunu gördük.” Bunu ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən Bakıda keçirilən mətbuat konfransında bildirib. Bob Bləkmən deyib ki, bəzi dairələrin apardığı təbliğata baxmayaraq, Azərbaycan xristian məbədlərə hörmətlə yanaşır: “Azərbaycan münaqişə dövründə də yalnız hərbi hədəfləri seçib, mülki obyektlərin ziyan görməməsinə çalışıb. Biz səfərimiz zamanı bir daha bunun şahidi olduq.”

                                                                             T.Rüstəmov