İQTİSADİYYAT

Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclər 13,5 faiz artırılır

“Bizim dövlət büdcəmiz ənənəvi olaraq sosialyönümlü büdcədir.”

Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, sosial müdafiə, sosial təminat xərcləri üçün 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: “Növbəti ildə ünvanlı dövlət sosial yardım üçün 260 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda ehtiyac meyarının həddinin 170 manatdan 200 manata artırılması nəzərdə tutulur.”