MARAQLI

Kələm infarkt və insultun qarşısını alır

Mütəxəssislər bildirirlər ki, insan yaşlaşdıqca damarlar zəifləyir, qalınlaşır, kövrək olur və nəticədə, onların yırtılması riski artır ki, bu da insult və infarkta səbəb olur. Sübut edilib ki, kələm damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, damarların iltihablaşmasını azaldır.
Alimlər yaşı 70-dən çox olan 1000 qadının ürək-damar sistemini müayinə etdikdən sonra belə qərara gəlib ki, qidalanmaya tez-tez kələm daxil edən qadınların damarları daha sağlam və cavan qalıb. Bunları nəzərə alaraq alimlər hər gün kələm yeməyi tövsiyə edirlər. Söhbət kələmin istənilən növündən (ağ kələm, qırmızı kələm, gül kələmi, brüssel kələmi, kolrabi və s.) gedir. Kələmi həm çiy halda yemək, həm də ondan  müxtəlif yeməklər bişirmək olar.

T.Rüstəmov