KRİMİNAL

Nizami rayonunda içərisində yardım üçün yığılmış pul olan qutu oğurlanıb

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə Q.Qarayev prospektindəki köşklərin birinin qarşısından içərisində yardım üçün yığılmış 350 manat məbləğində pul olan qutunun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.